19.12.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Kəlbəcərdə məktəbin tikintisini 25 yaşlı mühəndis aparır

19 dek 2025 04:00
GÜNDƏM
ads

Kəlbəcər məktəbinin tikintisinə nəzarət Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 25 yaşlı inşaat mühəndisi tərəfindən aparılır.

 

Qutb.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzMİU-nun 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib. Nazir qeyd edib ki, universitetin məzunu olan gənc mühəndislər işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərində, o cümədən Qarabağ Universitetinin inşasında fəal iştirak edirlər.

 

"Həmin məktəbin tikintisinin ilk ili kifayət qədər mürəkkəb idi, çünki o vaxt Kəlbəcərdə hələ heç bir infrastruktur yox idi. Çox çətin şəraitdə, gənc yaşına baxmayaraq, həmin mühəndis kifayət qədər böyük və gözəl məktəbin tikintisinin bir hissəsi oldu. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan gənc mühəndislər Azərbaycanda yeni universitet olan Qarabağ Universitetinin inşasında da çox yaxından və böyük ürəklə iştirak edirlər".

 

E.Əmrullayev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Azərbaycan memarlarının və bu təhsil ocağının yetişdirdiyi mütəxəssislərin çox böyük zəhməti var.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
165 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur