29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Süni intellekt 2 min illik məqalənin gizli mətnini deşifrə etdi

10 fev 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Tədqiqatçılar süni intellektdən istifadə edərək Vezuvi vulkanının püskürməsi zamanı yandırılmış 2 000 illik məqalənin gizli mətnini deşifrə ediblər.

Publika.az xəbər verir ki, yanmış papirusun yunan filosofunun dərin düşüncələrini ehtiva etdiyi və Epikür fəlsəfə məktəbinə dair heç vaxt görülməmiş fikirləri ortaya qoyduğu bildirilir.

Kömür parçasına bənzəyən vərəqi rəqəmsal olaraq skan etdikdən sonra tədqiqatçılar papirusu virtual olaraq açmaq və hərfləri müəyyən etmək üçün 3D xəritələrdən istifadə ediblər.

Tədqiqat "Freie Universität Berlin" universitetindən Youssef Nader, Nebraska-Lincoln və Sürix Universitetlərindən isə Luke Farritor tərəfindən aparılıb. Tədqiqatçılar daha çox məlumatı aşkar etmək üçün bu texnikadan istifadə etməyə ümid edirlər.

Qeyd edək ki, məqalələr 18-ci əsrdə bir fermer tərəfindən qədim Herkulaneum şəhərinin üstündə quyu qazarkən basdırılmış Roma villasını aşkar edərkən tapılıb.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur