Azərbaycan Premyer Liqasında XXXI turun ikinci oyununda azarkeşlər sırasında əyləşən “Zirə”nin 16 nömrəli oyunçusu Fuad Bayramovun atası maraqlı plakatı ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, futbolçunun atası “oğlum Fuad, qol vur, atan sevinsin” yazılı pankart açıb.
Qeyd edək ki, aprelin 20-də Azərbaycan Premyer Liqasında XXXI turun ikinci oyununda “Neftçi” “Zirə”nin qonağı olub. Qarşılaşma “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda bir qolu F.Bayramov vurub. ("Qafqazinfo")