Ceyranların mühafizəsi, tarixi areallarının bərpası, reintroduksiyası, populyasiyalarının formalaşmasına töhfə verilməsi məqsədilə növbəti dəfə Acınohur düzünün Qax Dövlət Təbiət Yasaqlığına aid ərazisinə ceyranların buraxılması həyata keçirilib.
Publika.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF), Qax rayon İcra Hakimiyyətinin nümayəndələrinin, ETSN yanında İctimai Şuranın üzvlərinin və ekokönüllülərin iştirakı ilə 8 baş ceyran təbiətə buraxılıb.