10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

İlon Mask tarixə düşdü

03 okt 2025 04:00
DÜNYA
ads

İlon Mask sərvəti 500 milyard dolları keçən ilk insan olaraq tarixə düşüb. Dekabr ayında sərvəti 400 milyard dolları aşan Mask, hazırda reytinqdə ikinci yerdə qərarlaşan Larri Ellisonu 150 milyard dollar qabaqlayır və dünyanın ilk trilyonçusu olmaq yolunda sürətlə irəliləyir.

 

Qutb.az xarici mətbuata istinadla xəbər verir ki, “Tesla”nın səhmləri təxminən 4 faiz bahalaşaraq, Maskın xalis sərvətinə təqribən 9,3 milyard dollar əlavə edib. Elektrikli avtomobil istehsalçısının səhmlərinin qiyməti, Maskın aprel ayında şirkətin maliyyə nəticələri ilə bağlı konfransda “Tesla”ya daha çox vaxt ayırmaq üçün Prezident Tramp hökumətinin Səmərəlilik Departamentinin rəhbəri vəzifəsindən getdiyini elan etməsindən sonra təxminən iki dəfə artıb.

 

“Tesla”nın bazar kapitallaşması dekabrda əldə edilən tarixi maksimuma yaxın səviyyəyə qayıdıb. Maskın şirkətdəki 12 faiz səhm payı hazırda 191 milyard dollar dəyərindədir. Ekspertlər hesab edir ki, əgər İlon Mask bu sürətlə irəliləsə, 2033-cü ilin mart ayına qədər dünyanın ilk trilyonçusu ola bilər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur