Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hualien qraflığından 51 kilometr cənubda, 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi təsdiqlənməyib.
Qeyd edək ki, aprelin 3-də Tayvanda son 25 ilin ən güclü - 7,5 bal gücündə zəlzələ baş verib. İlk təkanlardan 15 dəqiqə sonra meteoroloqlar 6,6 bal gücündə təkrar zəlzələnin baş verdiyini bildiriblər.
Aprelin 17-də Yaponiya sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Yaponiyanın daxili dənizi ilə Sakit okeanı birləşdirən Bunqo boğazında olub. Sunami təhlükəsi barədə məlumat verilməyib.
Hüseyn İbadlı