Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında (TDƏŞ) türk resQutb.azları prezidentlərinin qərarı ilə Qazaxıstanın Türküstan şəhəri "türk dünyasının mənəvi paytaxtı" elan edilib. Bu şəhər tarixi və mədəni irsə malik zənginliyi ilə yerli və xarici turistlərin diqqətini cəlb edir.
QÜTB.AZ xəbər verir ki, tarixi mənbələrə görə, 2 min illik tarixi olan və əvvəllər “Yesi” adı ilə tanınan Türküstan şəhəri Xoca Əhməd Yəsəvinin doğulub yaşadığı şəhər kimi tanınır.
Türküstan bölgəsində İslamın ilk izlərini simvolizə edən Arslan Baba türbəsi və qədim Otrar şəhəri kimi memarlıq tikililəri də var.
Bildirilir ki, Türküstanın müasirləşmə və inkişaf səylərində Türkiyədən olan sahibkarların böyük əməyi var. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən şəhərdə bir çox tarixi abidələr, eləcə də Xoca Əhməd Yəsəvi türbəsi bərpa edilib.
Xoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin tarix fakültəsinin müəllimi Eren Akdeniz şəhərin tarixi və intellektual əhəmiyyətini vurğulayıb: “Bundan əlavə, Türküstan bölgəsində Sauran, Atabəy və Kentauda Qara Dağlar kimi mühüm yaşayış məntəqələri var. Şübhəsiz ki, Türküstan tarix boyu mühüm hadisələrə və böyük sivilizasiyaların çevrilməsinə şahidlik etmiş möhtəşəm bir coğrafiyadır”.
Akdeniz Türkiyə türklərinin mənsub olduğu Oğuz tayfasının da Sırdəryada məskunlaşdığını qeyd edib:
"Sırdərya boyunca çoxlu Oğuz şəhərləri var və bu gün də mövcuddur. Türküstanın bir qədər kənarında Dədə Qorqudun abidəsi də mövcuddur. Deyilənə görə, onun məzarı Sırdəryanın kənarında olub. Lakin daşqın nəticəsində məzar itib. Amma nəticədə Dədə Qorqud dedikdə təkcə Türkiyənin deyil, bütün türk dünyasının hörmət etdiyi bir tarixi şəxsiyyətin bu coğrafiyaya heyran olduğunu söyləyə bilərik”.
Xoca Əhməd Yəsəvi haqqında da məlumat verən E.Akdeniz onun dörd qitədə bütün türklərin adət-ənənələrinin birləşməsinə töhfə verən əsas şəxslərdən biri olduğunu vurğulayıb.
Roza Şəfiyeva