İranın Səudiyyə Ərəbistanındakı Həcc nümayəndəliyinin nəzdində çalışan dövlət televiziyasının 6 jurnalistinin Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən deportasiya edildiyi bildirilib.
Publika.az xəbər verir ki, 4 jurnalist ötən həftə Məscid-i Nəbəvidə çəkiliş apararkən saxlanılıb və bir neçə saatlıq sorğu-sualdan sonra Mədinədəki təcridxanaya aparılıb.
Bildirilib ki, iki gün sonra Səudiyyə polisi iranlı zəvvarların qaldığı oteldə dini mərasimdə iştirak etmək istəyən iki müxbiri saxlayıb.
İranın Radio və Televiziya Qurumunun (İRİB) prezidenti Peyman Cebelli jurnalistlərin saxlanması və deportasiya edilməsinin səbəbləri barədə ona məlumat verilmədiyini deyib. O, məsələ ilə bağlı hüquqi təşəbbüslərə başlanılacağını bildirib.
Roza Şəfiyeva