İsraildə təriqət lideri ravvin Aharon Ramati 30 qadını kölə etməkdə günahlandırılır.
Publika.az xəbər verir ki, o, 2008-ci ildə özünü "xilas" yolu bilən dini lider kimi təqdim edərək, qadınları ətrafına yığmağa başlayıb.
Ramati 2020-ci ildə qurbanlarını kölə etmək, zorakılıq kimi ittihamlarla həbs edilib. Lakin bir neçə qadın onun lehinə ifadə verdikdən sonra sərbəst buraxılıb.
Prokurorların sözlərinə görə, 30-dan çox qadın uşaqları ilə birlikdə ravvinin evində yaşayırmış.
“Times of Israel” qəzetinin yazdığına görə, bu müddət ərzində Ramati qadınları hədələyib. Onlara bildirib ki, itaət etmədikləri təqdirdə digər dünya gücləri tərəfindən dəhşətli zərərlə üzləşəcəklər. Qadınlara müxtəlif cəzalar verən ravvin onları barmaqlarını yandırmağa və acı bibər yeməyə məcbur edib.
Roza