ABŞ Ukraynanın Rusiyaya qarşı müharibə planını təkmilləşdirməsini istəyir və gələn həftə İsveçrənin Davos şəhərində prezident Vladimir Zelenski ilə bu məsələninin müzakirə olunacağı gözlənilir.
Publika.az xəbər verir ki, “European Pravda” bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Agentliyin anonimlik şərti ilə həmsöhbətləri bildiriblər ki, ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Zelenski ilə bu mövzuda danışacağı gözlənilir. Qeyd olunub ki, ABŞ rəsmiləri bu mövzuya aid məsələləri müzakirə etmək üçün yaxın həftələrdə təzyiq göstərəcəklər.
Xüsusilə, agentlik mənbələrinin bildirdiyinə görə, ABŞ Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı arasında yeni strategiyanın hazırlanması səylərini ləngitdiyi iddia edilən fikir ayrılıqlarından narahatdır. Ukrayna hərbçiləri hazırda 2024-cü il üçün planlar hazırlayır və bütün variantlar nəzərdən keçirilir.
ABŞ gələn il Ukraynaya özünü müdafiə etmək üçün dəstəyini ən yaxşı şəkildə necə göstərəcəyini müəyyən etmək istəyir.
Kiyevin müttəfiqlərinin fikrincə mövcud mövqeləri müdafiə etmək və Rusiyanın müdafiə xətlərini məhv etmək üçün aydın hərbi strategiyanın hazırlanması çox vacibdir.
KİV-in məlumatına görə, Zelenski gələn həftə ən azı iki günlük İsveçrəyə səfər edə bilər.
Cəmilə