Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İranı tərk etməyi şiddətlə tövsiyə edib.
QÜTB.AZ xəbər verir ki, XİN əsir düşmə təhlükəsinin olduğunu bildirib.
Xatırladaq ki, Almaniya və İran vətəndaşlığına malik olan Cəmşid Şarməhdin bu həftənin əvvəlində İranda edam edilib. İran onu İsrailin "Mossad" kəşfiyyat agentliyi ilə əməkdaşlıqda və terror fəaliyyətləri ilə məşğul olmaqda ittiham edib.