01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Fırıldaqçılığa məcbur edilən 658 nəfər xilas edildi

15 mar 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Filippin polisi onlayn "eşq dələduzluğu" mərkəzinə basqın edib. Fırıldaqçılıq şəbəkəsi tərəfindən saxlanılan 658 nəfər xilas olunub.

Publika.az xəbər verir ki, BBC-nin məlumatına görə, Filippin polisi fevral ayında fırıldaqçılıq şəbəkəsindən qaçan vyetnamlının ifadəsi əsasında paytaxt Manilanın Bamban rayonundakı mərkəzə basqın edib.

Polis 383 filippinli, 202 çinli və 73 digər xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 658 nəfərin xilas edildiyini açıqlayıb.

Romantik münasibətlər vədi ilə qurbanlarını aldadaraq saxta layihələrə və ya biznesə sərmayə qoymağa razı salan fırıldaqçılar cinayət törətməyə məcbur edilir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin avqustunda dərc etdiyi hesabata görə, dünyada yüz minlərlə insan internet fırıldaqçılığı etmək üçün Cənub-Şərqi Asiyaya aparılır.

Roza


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur