29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Sarkisyanın evinə basqın: Özünü və oğlunu saxladılar

13 mar 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Daşnaksütyun Partiyasının əməkdaşı Qaqik Sarkisyanı saxlayıblar.

Publika.az "Haqqin.az"a istinadla xəbər verir ki, bu barədə mediaya onun oğlu, Ermənistan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin əməkdaşı keçmiş jurnalist Aram Sarkisyan məlumat verib.

O bildirib ki, təhlükəsizlik qüvvələri səhər saat 7 radələrində qapını sındırmağa başlayıb: “ Atam qapını açan kimi dərhal onu və məni yerə uzadıb, əllərimizi qandalladılar. Onlar silahlı idilər, əllərində çəkic vardı, qapını açmasaydıq, sındırardılar. Sonra atamı başqa otağa aparıb suallar verdilər, amma nə danışdıqlarını eşitmədim”.

Sarkisyan bildirib ki, heç bir izahat vermədən onların evində axtarış aparılıb, təhlükəsizlik qüvvələri evin altını-üstünə çevirib, noutbuk və köhnə telefondan yaddaş kartını götürüblər. Aram Sarkisyan əmindir ki, hər şey atasının müxalif fikirlərinə və siyasi fəaliyyəti ilə bağlıdır. Atasının dəqiq harada və hansı vəziyyətdə olduğunu bilmir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur