Qazaxıstanın Akmola vilayətinin Sabındı kəndindəki keçmiş məsciddə qaz partlaması baş verib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Akmola vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində azı 3 nəfər ölüb, 16 nəfər yaralanıb.
"Akmola vilayətində, Korqajin rayonunun Sabındı kəndində dəfn mərasimi keçirilən keçmiş kənd məscidinin binasında qaz-hava qarışığı partlayıb, ardınca bina uçub. Nəticədə 1978-ci il təvəllüdlü kişi ölüb. Xilasedicilər dağıntılar altından 1983-cü il təvəllüdlü qadın və 2012-ci il təvəllüdlü uşağın meyitini də tapıblar.
Təcili yardım briqadası 16 yaralını Astana şəhər xəstəxanasına çatdırıb.
Hüseyn İbadlı