Rusiyanın “SKA-Xabarovsk” və “Çelyabinsk” klublarının futbolçuları arasında Türkiyədə təlim-məşq toplanışında baş tutan yoldaşlıq oyunundan sonra kütləvi dava düşüb.
Publika.az xəbər verir ki, oyun 4:3 hesabı ilə “Çelyabinsk” komandasının xeyrinə başa çatıb. Final fitindən sonra əlbəyaxa dava düşüb. Hadisənin bir hissəsi matçın yayımına düşüb
“SKA-Xabarovsk”un oyunçularından biri “Çelyabinsk” klubundakı rəqibi ilə əlbəyaxa olub. Bundan sonra qalan oyunçular hesablaşma prosesinə qoşulublar. Dava başlayandan az sonra canlı yayım kəsilib.
Xatırladaq ki, “SKA-Xabarovsk” Birinci Liqada çıxış edir. “Çelyabinsk” isə İkinci Liqanın turnir cədvəlində dördüncü yerdədir.