02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Qalstanyanın azərbaycanlılar barədə bəyanatına CAVAB

12 avq 2024 22:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanda özünü “Müqəddəs mübarizə” hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanat verib. Din xadimi, yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, siyasi və ksenofob don geyindirməyə çalışıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir.

“Baqrat Qalstanyanın bu bəyanatını qınayır, arxiyepiskopu belə irqçi yanaşmadan çəkinməyə çağırır. Bir din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni Qriqoryan kilsəsində və cəmiyyətində bu cür irqçi yanaşmaların hakim olduğunu göstərir.

İcma, həmçinin sülh prosesinə verdiyi zərərdən dolayı Ermənistan hökumətindən ərazisində bu kimi irqçi meyllərə imkan verməməyi tələb edir”, - deyə bəyanatda vurğulanıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur