05.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Adnan Əhmədzadə Vahid Ələkbərovla əlbir imiş

05 dek 2025 17:00
GÜNDƏM
ads

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb.

Qutb.az xəbər verir ki, bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub.

Nəşr yazıb ki, bu ilin sentyabr ayında Adnan Əhmədzadə Bodrumda Vahid Ələkbərovun “Genesis” yaxtasında “Lukoil” şirkətinin təsisçisinin ad günü mərasimində iştirak edib.

108 milyonluq yaxta niyə Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib?

Bundan əlavə, Əhmədzadə Ələkbərovla koordinasiyalı şəkildə 108 milyon dollarlıq "Galactica Super Nova" superyaxtasını öz adına qeydiyyatdan keçirməkdə şübhəli bilinir.

Nəşrin yazdığına görə sözügedən yaxta müsadirə olunmasının qarşısını almaq üçün Aralıq dənizindəki limanlardan birində gizlədilib:

“Lukoil şirkətinin həmtəsisçisi, milyarder Vahid Ələkbərov, çox güman ki, 70 metrlik superyaxtası olan “Galactica Super Nova”nı satıb və “Genesis” adlı yeni 80 metrlik yaxta alıb. “Galactica Super Nova” yaxtasının mülkiyyəti ötən il dəyişib. Bu ilin yayına qədər gəmi Ələkbərova məxsus olduğu bildirilən Malta şirkəti Nova 70 LTD-nin adına qeydiyyatda olub.

Lakin Dəniz Portalının məlumatına görə, 11 iyulda yaxta Marşal Adalarında qeydiyyatdan keçmiş dəniz şirkəti olan “Six Star Shipping LTD”yə verilib. İki ay sonra yaxtanın adı dəyişdirilib. Daha sonra azərbaycanlı iş adamı Adnan Əhmədzadənin adına qeydiyyatdan keçirilib”, - deyə “VÇK-OQPU”nun araşdırmasında qeyd olunub.

Britaniya vətəndaşlığının arxasındakı gizli əməkdaşlıq
 

Nəşr Adnan Əhmədzadənin Vahid Ələkbərovun aktivlərini sanksiyalardan gizlətmək üçün Böyük Britaniya vətəndaşlığı aldığını yazıb:


“Böyük Britaniya tərəfindən sanksiya tətbiq edilən aktiv - 100 milyon dollarlıq superyaxta - Britaniya vətəndaşının (Adnan Əhmədzadə) adına qeydiyyata alınıb və sonradan Aralıq dənizində beynəlxalq izləmə sistemlərindən (GPS deaktivasiyası vasitəsilə) yoxa çıxıb”.

Bundan əlavə, Adnan Əhmədzadənin uzun illər Rusiya neftini saxta sertifikatlarla dünya bazarına çıxardığı ilə bağlı məqamlar da üzə çıxıb.
 

Sözügedən səbəblərə görə, Adnan Əhmədzadə Britaniya vətəndaşlığından Ələkbərovun aktivlərini qanuni şəkildə gizlətməkdə və Lukoil, Tatneft, Sibur, Surqutneftegaz və digər Rusiya neft şirkətləri üçün neft ticarətini asanlaşdırmaq məqsədilə istifadə etməkdə ittiham olunur”.


Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. Sentyabrın 20-də Səbail rayon məhkəməsinin qərarı ilə Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq “Azeri Light” markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə əlaqələndirilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur