05.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Azərbaycanda ilk dəfə İƏT-in Mədəniyyət Festivalı keçirilir

05 dek 2025 11:00
MƏDƏNİYYƏT
ads
Advertisement

Azərbaycanda ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Festivalı təşkil olunur. 5-12 dekabr tarixlərini əhatə edən tədbir ölkəmiz üçün yalnız mədəniyyət bayramı deyil, eləcə də yaradıcı sənayeləri bir araya gətirən və beynəlxalq əməkdaşlığı möhkəmləndirən mühüm platforma kimi dəyərləndirilir.

Qutb.az xəbər verir ki, bu fikirləri İslam Əməkdaşlıq Təşkilatının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə 2025” çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifov deyib. 

Nazir müavini bildirib ki, Azərbaycanın multikulturalizm dəyərlərinə, mədəniyyətə və irsə göstərdiyi diqqətin nümayişidir. 

“Eyni zamanda ölkəmiz yaradıcı ideyaların məhsula çevrildiyi, həmin məhsulların beynəlxalq bazarlara çıxarıldığı və gənc istedadların dəstəkləndiyi məkan kimi təqdim ediləcək”.

Tədbirdə təxminən 50 ölkədən 300-dən çox rəsmi nümayəndə, o cümlədən mədəniyyət və yaradıcı sənaye təmsilçiləri iştirak edəcək. 

Nazir müavini vurğulayıb ki, festival çərçivəsində İƏT ailəsinin birliyi və ortaq dəyərləri də müxtəlif fəaliyyətlər vasitəsilə nümayiş olunacaq. 

“Tədbirə ümumilikdə 5 minə yaxın ziyarətçinin qatılacağı gözlənilir ki, bu da festivalın beynəlxalq marağını və Azərbaycanın mədəniyyət xəritəsində artan rolunu göstərir.

Festivalda Bəhreyn, Misir, Qazaxıstan, İraq, Sudan, Tacikistan, Türkmənistan, Türkiyə və digər ölkələrin iştirakının ölkələrarası mədəni-sosial əməkdaşlığın güclənməsinə və yaradıcı sənayelərin inkişafına töhfə verəcəyi bildirilir. Məqsəd həm beynəlxalq əməkdaşlığı genişləndirmək, eləcə də Azərbaycanın regional yaradıcı sənaye ekosistemindəki mövqeyini gücləndirməkdir”.

S.Yusifova qeyd edib ki, tədbir çərçivəsində yaradıcı sənayelərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən panellər keçiriləcək. 

“Bu panellər innovasiya, texnologiya, mədəniyyət informasiyası, kino və dizayn sahələrində təcrübə mübadiləsinə imkan yaradacaq, yeni əməkdaşlıqlar üçün şərait formalaşdıracaq.

Kino sənayesi ilə bağlı paneldə Azərbaycan, Türkiyə, Misir və digər ölkələrin nümayəndə heyətləri iştirak edəcək. Paneldə ölkələrin kino sənayesi təcrübələri, birgə istehsal imkanları, maliyyələşmə və distribüsiya mexanizmləri müzakirə olunacaq”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur