Avropa İttifaqı (Aİ) Amerika Birləşmiş Ştatlarının qərarından asılı olmayaraq, Ukrayna Silahlı Qüvvələrinə (UAF) dəstək verəcək.
Publika.az “Politico”ya istinadən xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron İsveçə rəsmi səfəri zamanı deyib. Onun sözlərinə görə, ABŞ yaxın gələcəkdə Kiyevə yardımdan imtina etmək qərarına gəlsə belə, Avropa ölkələri Ukraynaya kömək etmək üçün cəsarətli və “yenilikçi” qərarlar qəbul etməlidir.
"Biz nəyin bahasına olursa-olsun Ukraynanı qorumaq və dəstəkləmək üçün hərəkətə keçməyə hazır olmalıyıq", - Fransa prezidenti bildirib.
Bundan əvvəl Almaniya, Danimarka, Çexiya, Estoniya və Niderland liderləri Ukraynada sursat çatışmazlığı səbəbindən ciddi problemlərin yarandığını və yaxın gələcəkdə münaqişənin sona çatması əlamətlərinin olmadığını bildirmişdilər. Onlar Avropa ölkələrini Kiyevə hərbi yardım göstərmək üçün səylərini artırmağa çağırıblar.
Tural