05.12.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Yanğında ölən azyaşlılar bu məktəbin şagirdləridir - ADLAR AÇIQLANDI

05 dek 2025 11:00
GÜNDƏM
ads
Advertisement

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış kompleksi ərazisindəki yaşayış binasında baş verən yanğın zamanı dörd nəfər həyatını itirib. Vəfat edən 4 nəfərdən 2-si azyaşlıdır.

Qutb.az-ın əldə etdiyi məlumata görə, hadisədə ölən azyaşlılar Laçın rayonu 29 saylı tam orta məktəbin şagirdləri olub.

Məlumata görə, həyatını itirən Yusifova Məryəm Əkrəm qızı məktəbin 1-ci sinif, Yusifov Yusif Əkrəm oğlu 4-cü sinif şagirdidir.

Azyaşlıların anası 1998-ci il təvəllüdlü Zülfiyyə Yusifova da həyatını itirib. Uşaqların atası Əkrəm Yusifov isə yanğında xəsarət alıb, onun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Həyatını itirən şəxslərin Füzuli rayonundan olduğu qeyd olunub.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur