2000-ci illərin sonlarında “Barselona”da çıxış etmiş hücumçu Bojan Krkiçin atası, “Barselona”nın sabiq skautu Bojan Krkiç 2012-ci ildə “Çelsi”yə keçməmişdən əvvəl Kataloniya klubunun Eden Azarla müqavilə bağlamaması lazım olduğu qənaətinə necə gəldiyini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Cadena SER” Kirkiçdən sitat gətirib:
“Mən onunla oğlumun oynadığı 17 yaşadək futbolçular arasında Avropa çempionatında tanış oldum. Belçika finala yüksəldi və İspaniyaya məğlub oldular.
Azar final istisna olmaqla, bütün turnir boyu əla oynadı. Daha sonra o, “Lill”lə müqavilə imzaladı. “Monpelye” ilə oyunda onu görməyə getmişdim. Avqust ayı idi və isinmə hərəkətində bir oyunçu əskik idi. Hamı qısaqol köynək geyinmişdi, Azar isə idman kostyumunda çıxdı. Bütün komanda isinmək üçün topland, o isə uzanıb tribunalara baxırdı. Yaxşı oynadı, amma fədakarlıq və münasibət baxımından xoşuma gəlmədi".
Üç gün sonra “Anje” ilə oyunda da onu görməyə getdim. O, əsas heyətdəki digər oyunçular kimi ehtiyat oyunçular skamyasında idi. Hamı isinirdi, o isə yeriyirdi. Hesabatda “uyğun deyil” yazdım. Çox yaxşı olan belə oyunçular mənə göstərdi ki, nəticə vermirlər. Hesabatım belə idi: texniki və taktiki cəhətdən yüksək səviyyə; lakin münasibət və şəxsiyyətə görə, daha çox təfərrüatları nəzərə alaraq, mən onu xaric etdim”.