Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Bakıda mebel sexində baş vermiş partlayış zamanı həlak olmuş Gürcüstan vətəndaşı, Bolnisi rayonunun Arıxlı kəndindən olan Sərrac Yusubovun ailə üzvləri ilə görüşüblər.
Publika.az xəbər verir ki, səfirliyin məsul əməkdaşları Eldar Bayramov, Ramel Lətifov və Elyar Məmmədzadə ailə üzvlərinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin Sərrac Yusubovun ailəsinə, həmçinin övladlarının təhsilinə lazımi dəstək göstərməyə hazır olduğu ailə üzvlərinin diqqətinə çatdırılıb.
Sərrac Yusubovun atası Oruc Yusubov göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.