"Rusiya kifayət qədər güclü olmadığı üçün Avropa İttifaqını (Aİ) ciddi qəbul etmir".
Publika.az "Die Presse"yə istinadla xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
O qeyd edib ki, problem inamsızlıqda deyil:
"Biz avropalılar o qədər güclü deyilik ki, ruslar bizi ciddi qəbul etsinlər. Bu, hakimiyyət ətrafında bir oyundur", - deyə siyasətçi qeyd edib.
Orban hesab edir ki, Aİ Rusiyaya hər iki tərəfin maraqlarına hörmət etməyə hazır olduğunu nümayiş etdirməlidir. O, həmçinin Moskvanın NATO ölkələrinə hücum ehtimalını istisna edərək, alyansın ondan qat-qat güclü olduğunu vurğulayıb. Buna görə də Ukrayna Avropaya heç bir əlavə təhlükəsizlik vermir.
Hüseyn İbadlı