09.04.25 | Bakı 15.03° C |
16:57:11
Lent :

Bakı-Qazax yolunda avtomobil kanala düşdü: xəsarət alan var

19 avq 2024 04:01
HADİSƏ
ads
Advertisement

Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alan var.

QÜTB.AZ xəbər verir ki, hadisə yolun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

”Hyundai” markalı minik avtomobilin sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq yol kənarındakı kanala düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, Bakı sakini, 2006-cı il təvəllüdlü Qənbərli Əli Coşqun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur