İtalyan sənətkar Mauritsio Kattelanın “Komediyaçı” əsəri Nyu-Yorkda "Sotheby’s" hərracında şok qiymətə satılıb.
QÜTB.AZ xəbər verir ki, əsər yalnız banan və onu divara yapışdırmaq üçün istifadə edilən gümüş lentdən ibarətdir.
Əsəri alan şəxs məşhur kriptovalyuta platforması “TRON”-un yaradıcısı Kastin San olub. O, bu əsər üçün ümumilikdə 6.2 milyon dollar ödəyib.
Kattelanın 2019-cu ildə “Art Basel Mayami Beach”-də sərgilənən bu əsəri o zaman sənət aləmində böyük müzakirələrə səbəb olub.
Bəzi ziyarətçilər sarı banan və gümüş lentin satira vasitəsi olduğunu düşünsələr də, digərləri əsəri sənət kolleksiyasında şübhəli standartların tənqidi kimi şərh ediblər. Hətta sərgi zamanı başqa bir sənətkar əsəri divardan götürərək yeyib.
Satışdan sonra açıqlama verən San əsərin sənət, internet yumoru və kriptovalyuta dünyasını bir araya gətirən mədəni bir fenomen olduğunu bildirib.
Roza