Fələstinin cənubunda yerləşən Rəfahda İsrail ordusunun bombardmanları nəticəsində binaların 70%-dən çoxu dağılıb.
Publika.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi şəhərin meri Əhməd Sufiyə istinadən məlumat yayıb.
"İsrail silahlı qüvvələri Rəfahı və orada yerləşən qaçqın düşərgələrini sistematik şəkildə məhv edir. Bunun ən son nümunəsi tamamilə dağıdılmış Əl-Səudiyyə ərazisidir", - deyə agentlik Səudiyyə Ərəbistanından sitat gətirir.
Mer onu da vurğulayıb ki, güclü mərmilər nəticəsində Rəfah şəhərinin və infrastrukturunun 70 faizdən çoxu məhv olub.
Cəmilə