Müdafiə Nazirliyinin 9 milyonunu mənimsəyən şirkət rəhbərinə ağır CƏZA İSTƏNİLDİ
Dünyanın mərkəzi Azərbaycanda: COP29-un əsas əhəmiyyəti... - AZƏR BADAMOV AÇIQLAYIR
Bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.
QUTB.AZ xəbər verir ki, ilk tədbirlər Mavi Zonada start götürüb.
COP29-un ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyətindən danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamovun sözlərinə görə, noyabrın 12-dən 24-ə qədər dünyanın mərkəzi Azərbaycanda olacaq:
"COP 29 qlobal əhəmiyyətli tədbirdir və bu tədbirin ölkəmizdə keçirilməsinin iqtisadi və siyasi əhəmiyyəti çox böyükdür. Çünki 200 dövlətin dəstəyi ilə keçiriləcək bu tədbir Azərbaycanı dünyada daha da yaxşı tanıdacaq. 100-dən çox dünya lideri Azərbaycana gələcək və qlobal əhəmiyyətli məsələ olan iqlim dəyişikliklərə qarşı mübarizə ilə fikir mübadiləsi aparılacaq. COP 29 Azərbaycanın siyasi mövqelərini gücləndirəcək və dünyada dostlarımızın sayını artıracaq. Biz COP-29 vaxtı həm iqlim dıəyişikliklərinə qarşı ciddi addımların atılması ilə bağlı məsələləri gündəmə gətirəcəyik, həm də ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyən dairələrin münasibətinin ədalətsiz olduğunu sübut edəcəyik. Ölkəmiz sülh və əməkdaşlıq, qarşılıqlı hörmət və fayda əsasılnda beynəlxalq münasibətləri qururuq. Bu tədbir Azərbaycanın beynəlxalq arenalarda sözünün gücünü artıracaq".
Müsahib COP 29-un Azərbaycan iqtisadiyyatının möhkəmlənməsinə verəcəyi töhfələrindən bəhs edib:
"Tədbir çərçivəsində 80 minə yaxın siyasətçinin, elm adamlarının və müxtəlif sferalarını əhatə edən insanların ölkəmizə səfəri planlaşdırlır. Bununla əlaqədar Bakımız yeni libas geyinir. Küçələr, binalar təmir olunur, yaşıllıqlar salınır və infrastruktur yenilənir. Bütün görülən bu işlər COP 29 başa çatandan sonra da uzun illər xalqımızın rahatlığını təmin edəcək. COP 29 ölkəmizin turizm sektorunun inkişafına yeni bir impuls verəcək. Otelçilik biznesi yeni bir mərhələdə inkişaf edəcək. Turizm sektoru bir çox sahələri əhatə edir. Belə ki, iş yerlərinin yaradılması, aqrar sahənin və qalanteriya sənayesinin inkişafına töhfə verəcək. Ölkəmizə gələcək on minlərlə xaricilər xidmət sahələrində milyonlarla vəsait xərcləyək. Bu da xidmət sahələrinin inkişafına müsbət təsir göstərəcək. Həm də gələn insanlar öz ölkələrinə qayıdandan sonra ölkəmizin turizm və iqtisadi potensialını təbliğ edəcək və dünya turizm bazarında Azərbaycanın payının artmasına təkan verəcək. Bütün bunları nəzərə alaraq COP-29-un keçirilməsi ölkəmizə çoxşaxəli dividentlər qazandıracaq".