Böyük britaniyalı pop ulduzu Ed Şiran “İpsviç Taun” klubunun səhmdarlarından biri olub.
QÜTB.AZ xəbər verir ki, 33 yaşlı musiqiçi Premyer Liqa debütantından 1,4% pay alıb. O, passiv investor olacaq. Şiran “Ipsviç” rəhbərliyində yer almayacaq.
Şiran uşaqlıqdan klubun fanatı olub. 2021-ci ildən müğənninin imzası komandanın formasında əks olunub.
Qeyd edək ki, “İpsviç” ötən mövsümün sonunda 22 ildən sonra İngiltərə Premyer Liqasına qayıdıb.