Rusiyada müxalifət lideri Aleksey Navalnı ilə vida günündə 91 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "OVD-info" hüquq müdafiəçiləri təşkilatı məlumat yayıb.
Bildirilib ki, onların üçü gecəni polis bölməsində keçirəcək.
Xatırladaq ki, Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət fevralın 16-da Aleksey Navalnının öldüyünü açıqlayıb. Martın 1-də Aleksey Navalnı Moskvada dəfn edilib.