07.04.25 | Bakı 11.03° C |
22:21:18
Lent :

Paşinyan bütün sirrləri açdı: “Rusiya 6 ildir bizə bunu edir, hətta məni...”

23 fev 2024 21:00
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibə verib. O, jurnalist Mark Perelmanın suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Perelman Paşinyana “Qarabağdakı son münaqişə zamanı siz Moskvanı bu münaqişəni sizə qarşı çevirmək cəhdində ittiham etdiniz. Hələ də düşünürsünüz ki, Vladimir Putinin məqsədi sizi hakimiyyətdən uzaqlaşdırmaqdır? ” – sualını verib.

Nikol Paşinyan belə cavab verib: “Bilirsiniz, 2023-cü ilin sentyabr hadisələri zamanı Rusiya Federasiyasının ən yüksək rütbəli nümayəndələri birbaşa Ermənistan vətəndaşlarını küçələrə çıxmağa və seçilmiş qanuni hökuməti devirməyə çağırdılar. Rusiya telekanalları bir neçə gün deyil, 6 ildir ki, Ermənistan hakimiyyətinə, seçilmiş hakimiyyət orqanlarına və şəxsən mənə qarşı sistemli və ardıcıl, məqsədyönlü anti-təbliğat aparırlar. Nəticə çıxarmaq üçün başqa nə var?”

Ardınca fransız jurnalist soruşur: bu gün də davam edir?

Ermənistanın baş naziri cavabında deyib: “Düzünü desəm, mən o mövzuya marağımı itirmişəm. Davam edib-etmədiyini bilmirəm. Davam etsə də, etməsə də, Ermənistan xalqı göstərdi ki, onlar öz suverenliyindən, müstəqilliyindən və demokratiyasından əl çəkməyəcək. Öz ərazi bütövlüyünü qorumaqda, qonşuları ilə normal münasibətlər qurmaqda və sülh gündəmində maraqlı olacaqlar. Eləcə də “Sülhün kəsişməsi” layihəsinin həyata keçirilməsi, həmçinin Avropa İttifaqı ilə gələcək əlaqələrin dərinləşdirilməsi baxımından...”.

Murad


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur