Bakının Nəsimi rayonunda sərnişin avtobusu 34 yaşlı piyadanı vurub.
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Bakıda sərnişin avtobusu piyadanı vurub.
3-cü mikrorayon ərazisində 119 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 1989-cu il təvəllüdlü Rəhmanov Rüstəm Məcnun oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az