Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqını Moskva ilə əlaqə kanallarını bərpa etməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, "RİA Novosti" agentliyinə müsahibəsində danışıb.
“Strategiya legitimliyi diplomatik kanallara qaytarmağa, Ukrayna ilə yüksək səviyyədə əlaqə saxlamaqla rabitə kanallarını açmaqla sülhə ümidi bərpa etməyə əsaslanır”, - deyə Siyarto qeyd edib.
Nazir həmçinin bildirib ki, Ukrayna böhranından çıxış yolunu danışıqlar masası arxasında axtarmaq lazımdır.
Cəmilə