29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Məşhur aktyor tanınmaz halda

08 fev 2024 10:00
GÜNDƏM
ads

"Güldür Güldür" şousunun məşhur aktyoru Rüştü Onur Atilla 1 ildə 45 kq arıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə aktyor instaqramda məlumat yayıb.

O, bildirib ki, mədə kiçiltmə əməliyyatı sayəsində inanılmaz dərəcədə arıqlayıb. Lakin o, əməliyyat olunduğunu müəyyən səbəblərdən gizli saxlamağa çalışıb.

"365 gün, 45 kq. "Necə oldu?" deyə soruşanlar oldu" və bu suala cavab vermədiyim üçün əsəbiləşənlər də oldu. Əməliyyat olunduğum gündən tam 1 il keçdi. Bunu dərhal paylaşmağı düzgün hesab etmədim. Çəki problemi olan və arıqlamaq istəyən, amma arıqlaya bilməyənlərin bir ümidə bağlanmasının nə demək olduğunu çox yaxşı bilirəm. Bu, ən müasir texnologiyaya malik bir əməliyyat olsa da, kiminsə təsirinə düşərək tez ediləcək əməliyyat da olmamalıdır. Mən heç kimin məsuliyyətini öz üzərimə götürmək istəmirəm. Biz bunun həyat üçün təhlükəli olduğunu bilirik", - deyə aktyor qeyd edib.

Rüştü Onur əlavə edib ki, əməliyyat olunduğu üçün peşman deyil: "Yenə də çox ehtiyatla deyə bilərəm ki, öz səhhətimlə bağlı verdiyim bu qərar məni sevindirdi. Etdirin və ya etdirməyin, deyə bilmərəm. Yalnız mədə kiçiltmə əməliyyatı ilə arıqlamaq da mümkün deyil. Xüsusilə vurğulamalıyam ki, ömürlük qidalanma vərdişləri ilə yanaşı idmanı da həyatımıza daxil etməli, qan dəyərləri də tez-tez yoxlanılmalıdır. Sağlam günlər!", - aktyor yekunda vurğulayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur