ABŞ-nin 45-ci prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa sui-qəsd cəhdi onun noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansını artırıb.
Publika.az xəbər verir ki, bir neçə respublikaçı konqresmen bu barədə KİV-ə şərhlərində bildirib.
Viskonsin ştatından olan respublikaçı nümayəndə Derrik Van Orden və Tennessi ştatının nümayəndəsi Tim Burçett bu fikirdə olanlar arasındadır. Onlar artıq Trampı qalib gəlmiş hesab edirlər.
Həmçinin rusiyalı ekspert, ABŞ-də siyasi proseslər üzrə mütəxəssis Yevgeni Minçenko da oxşar fikirdədir.
“Bu, Trampın qalib gəlmə şansını xeyli artırır, onun “sistemə qarşı çıxan döyüşçü” imicini gücləndirir", - ekspert bildirib.