“Bavariya”nın direktoru Maks Eberl Camal Musialanın “Qızıl top”a namizədlər siyahısına daxil edilməməsindən təəccüb və məyus olduğunu bildirib.
QÜTB.AZ xəbər verir ki, DPA-ya verdiyi müsahibədə Eberl deyib: “Biz bütün namizədlərə görə sevinirik, lakin “Bavariya” Camal Musialanın bu siyahıda olmamasına çox təəccüblənir”.
Eberl Musialanın ötən mövsüm nailiyyətlərini vurğulayıb: Avro-2024-ün ən yaxşı oyunçularından biri, turnirin bütün ulduzlar komandasına daxil olmaq, ən çox qol vuranlardan biri, “Bavariya”nın Çempionlar Liqasının yarımfinalına yüksəlməsində mühüm rol. Onun ötən mövsümün hətta ən yaxşı 30 oyunçusu sırasına da daxil olmaması bizim üçün tamamilə anlaşılmazdır. Fikrimizcə, Camal tamamilə müstəsna, unikal qabiliyyətlərə malik beynəlxalq futbolun ən həyəcanlı oyunçularından biridir”.