Niderlandlı futbolçu Con-Paul Boetiyus heç də yaxşı günlər yaşamır.
Publika.az xəbər verir ki, azad agent olan futbolçunun problemi işsizlik deyil. Ona ikinci dəfə xərçəng diaqnozu qoyulub. 29 yaşlı vinger kimyaterapiyadan keçməli olacaq, bundan sonra reabilitasiya keçəcək.
İlk dəfə 2022-ci ilin avqustunda xərçəng xəstəsi olduğu üzə çıxıb. Həkimlər onun bədənində şiş olduğunu aşkar ediblər. Ancaq onun sağalma prosesi elə də uzun çəkməyib. O, oktyabrda yenidən meydanlara qayıdıb.
Con-Paul 11 illik karyerası ərzində yetirməsi olduğu "Feyenoord"dan başqa "Bazel", "Genk", "Maynts", "Herta" kimi klubların da formasını geyinib. 2023-cü ilin yayından bəri azad agentdir. O, Niderland millisinin heyətində cəmi 1 oyunda meydana çıxıb.
Heybət