"Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait yaradılmışdı. Namizədlərin çoxsaylı olması və müxtəlif partiyaları təmsil etməsi də seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyinin göstəricilərindədir".
Publika.az xəbər verir ki, bunu prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Qırğızıstan parlamentinin nümayəndə heyətinin rəhbəri, MDB müşahidə missiyasının üzvü İskəndər Matraimov deyib.
İ.Matraimov qeyd edib ki, namizədlərə təşviqat kampaniyasında bərabər şərait yaradilib: "Bütün namizədlərin öz proqramını seçiciyə çatdırması imkanı yaradılıb. Seçki günü səsvermə prosesinin şəffaf şəkildə təşkili yüksək səviyyədə həyata keçirilib. Bütün seçicilərin səsvermə hüququ təmin edilib. Seçki məntəqəsinə gedə bilməyənlər üçün isə daşınan seçki qutuları təşkil olunub".
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, seçkiöncəsi proses və səsvermənin yüksək səviyyədə təşkili bu seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyini deməyə əsas verir.
Roza Şəfiyeva