29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Trampın yaxınlığında atəş açan O İMİŞ...

16 sen 2024 05:00
GÜNDƏM
ads

ABŞ Məxfi Xidmət agenti ABŞ prezidentliyinə ResQutb.azçılar Partiyasından namizəd Donald Trampın yaxınlığında atəş açıb.

QÜTB.AZ xəbər verir ki, bu barədə “The New York Post” öz mənbəsinə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, Məxfi Xidmət əməkdaşı Trampdan bir neçə deşik aralıda qolf meydançasında şübhəli adamı görüb və atəş açıb.

Həmçinin bildirilib ki, xidmət agentləri Trampın olduğu yerin yaxınlığında baş verən atışma hadisəsini araşdırır .

Xatırladaq ki, sentyabrın 15-də ABŞ prezidentliyinə namizəd Donald Trampın olduğu yerin yaxınlığında atışma baş verib.

Eyni zamanda, Nümayəndələr Palatasının resQutb.azçı üzvü Marcori Teylor-Qrin bəyan edib ki, Trampa qarşı növbəti sui-qəsd cəhdi də ola bilərdi. Daha sonra məlum olub ki, Trampın olduğu "Tramp West Palm Beach" qolf meydançasından kənarda baş verib.

Atışmada iki nəfərin iştirak etdiyi qeyd edilib.

“The New York Post” aydınlaşdırıb ki, atışma Trampa yönəlməyib, hücum edənlər bir-birini nişan alıblar. Atışmada şübhəli bilinən şəxs saxlanılıb.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur