"Rusiya elə bir ölkədir ki, onsuz dünyanın heç bir problemini həll etmək mümkün deyil".
Publika.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Egemen Qazaqstan" (“Suveren Qazaxıstan”) nəşrinə müsahibəsində deyib.
O, qeyd edib ki, Moskva dünya siyasətində çox mühüm rol oynayır və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
"Sirr deyil ki, bütün dünya Rusiyanın mövqeyini nəzərə alır. Dünyada heç bir problem bu dövlətin iştirakı olmadan həll edilə bilməz. Bu, aydan aydın görünür", - prezident bildirib.
Tokayev əlavə edib ki, o, Rusiya prezidenti Vladimir Putini həm sözdə, həm də əməldə qlobal iqlimə təsir edən şəxs hesab edir.
Hüseyn İbadlı