Qəzza zolağının Rəfah şəhərində HƏMAS-la döyüşlərin intensiv mərhələsi tezliklə başa çatacaq.
Publika.az xəbər verir ki, bunu Baş nazir Benyamin Netanyahu İsrail televiziyasının 14-cü kanalına müsahibəsində deyib.
“Rəfahda hərbi əməliyyatların intensiv mərhələsi tezliklə başa çatacaq, lakin biz əməliyyatlara və zərbələrə davam edəcəyik, təslim olmayacağıq. Biz bütün gücümüzlə onları vururuq”, - deyə Netanyahu qeyd edib.
O əlavə edib ki, döyüşlərin intensivliyi azalsa belə, İsrail müharibəni dayandırmayacaq və HƏMAS-ı məhv etməyə çalışacaq.