Xəbər verdiyimiz kimi, dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib.
Milli.Az news24.az-a istinadən xəbər verir ki, intihar edən yeniyetmə 13 yaşlı Aydan Hacıağazadədir. Hadisə şahidlərinin verdiyi məlumata görə, o, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. 13-cü binanın eyvanında qızın məktəbli çantası və məktubu tapılıb. Yeniyetmə qız intihar etməzdən əvvəl məktub yazıbmış. Hadisə yerinə gələn istintaq qrupu qızın yazdığı məktubu götürsələr də mətni açıqlamayıblar. Onun ailə problemləri səbəbindən intihar etdiyi iddia edilir.
Qeyd edək ki, bu, son günlər Xırdalanda baş verən 3-cü intihar hadisəsidir. İntihar edənlərin hamısı yeniyetmə qızlar olub.
News24.az 13 yaşlı Aydanın görüntülərini təqdim edir:
Milli.Az