24.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Türkiyənin məşhur zeytun yığımı - Anadolu mədəniyyəti  

24 noy 2025 13:00
MƏDƏNİYYƏT
ads
Advertisement

Türkiyənin müxtəlif bölgələrində zeytunun mövsümi yığımı bu ölkəyə səyahət edənlərin də maraq dairəsindədir. Xüsusilə Egey bölgəsində oktyabrdan yanvara qədər davam edən zeytun yığımı həm yerli icmalar, həm də turistlər üçün ənənəyə çevrilib.

Qutb.az xəbər verir ki, Aralıq dənizi iqlimi və əsrlərdir davam edən zeytunçuluq ənənəsi Türkiyəni dünyanın aparıcı zeytun istehsalçıları sırasında qərarlaşdırır. Havaların sərinləşməsi ilə zeytun bağlarında illik yığım başlayır, toplanan zeytunlar yerli emalxanalara göndərilir və yüksək keyfiyyətli zeytun yağının hazırlanmasına başlanılır. Bu dövrdə bölgəyə səfər edənlər həm yığımı izləyə, həm də bu qədim ənənənin bir hissəsinə çevrilə bilərlər.

Avropa Turizm Komissiyasının “Avropa içi səyahətə marağın monitorinqi” adlı hesabatına (23-cü dalğa) əsasən, avropalı turistlərin 60 faizi qarşıdakı aylarda bir neçə şəhər əvəzinə, tək bir istiqamətdə qalmağı planlaşdırır.


Zeytun ağacı Anadolu mədəniyyətində xüsusi yerə malikdir. Əfsanələrə görə, onun dünyaya yayılması məhz bu torpaqlardan başlayıb. Bu gün Türkiyənin demək olar ki, bütün bölgələrində zeytun yetişdirilir. Egey sahilləri isə bu irsin mərkəzidir – ölkədəki zeytun ağaclarının 75 faizi məhz burada yerləşir. Çanaqqala və Balıkesirdən Manisaya, İzmirdən Aydın və Muğlaya qədər uzanan qədim zeytun bağları əsrlərin tarixini yaşadır.

Egey mətbəxi zeytun və zeytun yağının hakim olduğu zəngin dadları ilə seçilir. Zeytunlar yay sonunda tam yetişdikdə yerli sakinlər yığımı ya əl ilə, ya da xüsusi avadanlıqlarla aparırlar. Ən keyfiyyətli sızma zeytun yağını əldə etmək üçün əksər ailələr hər bir zeytunu əl ilə toplamağı davam etdirirlər.

Zeytun yığımını yaxından yaşamaq istəyənlər üçün ən ideal marşrut “Zeytun Ağacı Yolu”dur. Marşrutun növbəti dayanacağı Balıkesirdəki Ayvalık – coğrafi işarəli zeytun yağı və zəngin mətbəxi ilə məşhurdur. Ardınca Manisaya gedərək 1650 illik monumental Kırkağaç zeytun ağacını görmək mümkündür.

İzmir isə Egey bölgəsinin ən dinamik şəhərlərindən biridir. Buradan Çeşmə, Urla, Seferihisar, Güzelbahçə, Menderes və Selçuk kimi cəlbedici kiçik şəhərlərə də keçid etmək olar.


Urla həmçinin zeytunun tarixinə işıq tutan unikal ünvanlardan biridir. Burada eramızdan əvvəl VI əsrə aid qədim Klazomenai yaşayış yeri – dünyanın ən qədim zeytun yağı istehsal mərkəzlərindən biri yerləşir. Köstem Zeytun Yağı Muzeyi isə zeytunçuluğun 4 min illik tarixini təqdim edir.

Egey bölgəsinin bənzərsiz zeytun yağları ilə hazırlanan yeməklər MICHELIN ulduzlu restoranlarda xüsusi şəkildə təqdim olunur.
 

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur