“Atletiko”nun hücumçusu Antuan Qrizmann İspaniya çempionatının 23-cü turunda “Real”la oyununda (1:1) vurulan qolun VAR müdaxiləsindən sonra ləğv edilməsinə reaksiya bildirib.
Publika.az xəbər verir ki, Qrizmann sosial şəbəkədə gülüş emojisi paylaşaraq hakimlərin qərarına münasibətini ifadə edib.
Qeyd edək ki, görüşün 48-ci dəqiqəsində “Atletiko”nun müdafiəçisi Stefan Saviç Qrizmanın ötürməsindən sonra qol vursa da, oyundankənar vəziyyətdə olarkən “Real”ın qapıçısı Andrey Luninə aktiv şəkildə müdaxilə edən Saul Niqesin hərəkətləri səbəbindən qol ləğv edilib.
Xatırladaq ki, La Liqanın 23 turundan sonra “Atletiko” 48 xal toplayıb və dördüncü pillədə qərarlaşıb. Öz növbəsində İspaniya çempionatında eyni sayda oyundan sonra “Real” 58 xalla birinci pillədə qərarlaşıb.