24.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Rusiyada evsizləri döyüşə göndərirlər

24 noy 2025 19:00
DÜNYA
ads

Rusiyada hüquq-mühafizə orqanları evsizləri Ukrayna ilə müharibəyə göndərmək üçün onları aldadaraq müqavilə bağlatdıran və sonradan ödənişlərini ələ keçirən mütəşəkkil dəstənin fəaliyyətini ifşa edib.

Qutb.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

Məlumata görə, dəstə Çelyabinsk və Sverdlovsk vilayətlərində fəaliyyət göstərib. Onlar asosial həyat tərzi keçirən, daimi yaşayış yeri olmayan şəxsləri taparaq onlara müvəqqəti sığınacaq verib və Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı salıblar. Ardınca “yeni döyüşçülərə” etibarnamələr və əlavə bank kartları imzalatdırılıb ki, bu da dəstə üzvlərinə onların hesablarına çıxış imkanı verib.

Dəstədə olan qadınlar da “yeni hərbçilərlə” formal nikaha girərək onların yaralanma və ya həlak olma halında verilən kompensasiyalara sahiblənməyi planlaşdırıblar. Faktla bağlı Rusiya CM-in 159.4-cü maddəsi (xüsusilə böyük miqdarda dələduzluq) ilə cinayət işi açılıb. Maksimum cəza 10 il azadlıqdan məhrumetmədir.

25–50 yaş aralığında yeddi nəfər saxlanılıb. Onların evlərində keçirilən axtarışlarda üç avtomobil, təxminən 60 mobil telefon, çoxsaylı bank və SIM kartlar götürülüb. Vurulan ziyanın məbləği araşdırılır. Bu, bir həftə ərzində qeydə alınan ikinci oxşar hadisədir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
161 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur