Kənddəki evinin eyvanında saxladığı çamadanını götürməyə gedən kişi qarşılaşdığı mənzərə qarşısında çox təəccüblənib.
Publika.az xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Düzcenin Gelenöz kəndində bir evin eyvanında arıların pətək düzəltdiyi çamadandan təxminən 8 kiloqram bal götürülüb.
Rayon mərkəzində yaşayan şəxs kəndə gedərkən evinin eyvanında boş çamadanda arıların pətək düzəltdiyini görüb.
Həmin anı lentə alan kişi bildirib ki, çamadandan təxminən 8 kiloqram bal çıxıb.
Gülnar