PSJ azarkeşləri Parisdə mitinq keçirib.
Publika.az xəbər verir ki, buna səbəb komandanın hücumçusu Kilian Mbappe olub. Fransa nəhənginin fanatları dinc nümayiş zamanı komanın doğma stadionu olan "Park de Prins"in qarşısında üzərində "Kilian Mbappe: gec deyil, 30 iyun!" sözləri yazılmış pankart açıblar.
Onlar Mbappenin azad agent kimi "Real"a mümkün transferi ilə bağlı son xəbərlərdən narazılıqlarını bildiriblər. Fanatların fikrincə, Mbappe və PSJ yeni müqavilə ilə bağlı fikirləşməlidirlər.
Qeyd edək ki, PSJ ilə futbolçu arasında mövcud müqavilənin müddəti 2024-cü il iyunun 30-da baş çatacaq.
Heybət