İngiltərə millisinin yarımmüdafiəçisi Cek Qriliş Millətlər Liqası matçında Finlandiya üzərində qazanılan qələbdən (3:1) sonra maraqlı açıqlama verib.
QÜTB.AZ xəbər verir ki, o, Trent Aleksandr-Arnoldun cərimə zərbəsindən vurduğu qol zamanı komanda yoldaşına zarafala necə mükafat vəd verməsindən danışıb:
"Ona dedim ki, qol vursan, sənə 500 funt sterlinq verəcəm. Və o, topu birbaşa yuxarı küncə vurdu (gülür)".
Qeyd edək ki, sözügedən görüşdə qol vuranlar arasında Cek Qriliş də olub.
Qutb