Gəncə şəhərində ana və oğlu dəm qazından zəhərlənib.
Publika.az xəbər verir ki, hadisə Gəncə şəhər Atatürk prospekti, bina 8, mənzil 25 ünvanında qeydə alınıb.
Həmin mənzildə 1985-ci il təvəllüdlü Fərəcov Urfan Vaqif oğlu və anası 1954-cü il təvəllüdlü Eteri Fərəcova dəm qazından zəhərləniblər.
E.Fərəcova hadisə yerində dünyasını dəyişib.
U.Fərəcov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Fakt araşdırılır. (Report)