23.04.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Yaşayış binalarının qazanxanası olmalıdır - “Azəristiliktəchizat” rəhbərindən etiraz

23 apr 2025 16:00
İQTİSADİYYAT
ads
Advertisement

Mövcud normativlərə əməl olunması təmin edilməlidir. 

Qutb.az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Birmənalı şəkildə yaşayış binalarının istilik və su təchizatı istilik yüklərinə uyğun olaraq qazanxanalar vasitəsilə yerinə yetirilməlidir. Müstəsna halda qazanxanalar tikilir. Düzdür bunun obyektiv səbəbləri mövcuddur, lakin ən azından qanunvericilik aktları qazanxanaların tikilməsini məcburi sayır. Binanın mütləq istilik təchizatı layihəsi olmalıdır.
2005-ci ildə Nazirlər Kabineti büdcədən maliyyələşən təşkilatlarla bağlı sərəncam verib. Büdcədən maliyyələşən təşkilatların, məktəb, bağça, səhiyyə ilə bağlı inzibati bina tikilərsə, mərkəzi istilik sistemi mütləq nəzərə alınmalıdır. Bunun layihəsi mütləq qaydada təmənnasız olaraq “Azəristiliktəchizat”la razılaşdırılmalıdır”, - deyə İlham Mirzəyev bildirib.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur