Münasibətdə maddiyyatın önəmi varmı?
Prezident Şuşada ilk yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub
Daşkəsən rayonunda silsilə oğurluqlarda şübhəli bilinən şəxslər tutulublar.
Qutb.az-ın məlumatına görə, Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən R.Hacıyev, E.Səmədov, Ə.Süleymanov və N.Verdiyev saxlanılıb.
Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub.
Bundan başqa, digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Musayev də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkarlanıb.
Araşdırma aparılır.